Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin maaşı qaldırılır. Lent.az-ın Femida.az-a istinadən xəbərinə görə, bu barədə Milli Məclisdən bildirilib.
Belə ki, bununla bağlı Milli Məclis “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununa dəyişiklik edəcək.
Dəyişikliyə əsasən, Ombudsmanın maaşı 1800 manatdan 2025 manata qaldırılır.
Layihə MM-in növbəti iclasında müzakirə olunacaq.