Dekabrın sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu bu il “İKT ili” çərçivəsində elan edərək keçirdiyi 2-ci müsabiqənin nəticələrini açıqlayacaq. Lent.az-ın məlumatına görə, bu barədə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev məlumat verib. Onun sözlərinə görə, bununla da bu il həyata keçirilən layihələrə yekun vurulacaq.
Ümumilikdə bu il Elmin İnkişafı Fondu 9 müsabiqə elan edib: “Bu işlər gələn il də davam etdiriləcək. Gənc alim və mütəxəssislərin növbəti müsabiqəsi və 3-cü “Şuşa qrantı” müsabiqəsi 2014-cü ildə elan olunacaq. İldən-ilə qrant müsabiqələrin formatı zənginləşir və beynəlxalq əlaqələr genişləndirilir. 2014-cü ildə Fransa, Koreya və Qazaxıstanın müvafiq qurumları ilə əməkdaşlıq haqqında sazişlər bağlanacaq”.