Əlillər istedadlarını nümayiş etdirəcəklər
30 aprel 2013 12:35 (UTC +04:00)

Əlillər istedadlarını nümayiş etdirəcəklər

Mayın 3-də R. Behbudov adına Dövlət Mahnı Teatrında istedadlı əlillərin və sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii və musiqili gecə keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə, tədbirdə Naxçıvan MR-da, Bakı, Gəncə, Abşeron, Biləsuvar, Şəki və digər bölgələrdən 15 nəfər istedadlı əlilin, 2 nəfər sağlamlıq imkanları məhdud, 18 yaşınadək uşağın 40-dək sənət əsəri nümayiş etdiriləcək.

Tədbirin sonunda istedadlı əlillərə Fəxri Fərmanların verilməsi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 426
avatar

Oxşar yazılar