Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə reabilitasiyasının təmin olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində yaradılan sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığı kurslarının təşkilinə başlanılıb. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.
Mərkəzdə 10 peşə (xalçaçılıq, toxuculuq, tikişçilik, bərbərlik, kompüter istifadəçisi, ağac üzərində oyma, rəssamlıq, kulinariya və s.) üzrə hazırlıq kurslarına ümumilikdə 200 nəfərədək sağlamlıq imkanları məhdud gənc cəlb ediləcək. İki, üç və ya altı aylıq kursları bitirdikdən sonra həmin gənclər qeyd olunan peşələrdə özünüməşğulluq imkanlarına yiyələnəcək, həmçinin onların yeni qazandıqları peşələr üzrə məşğulluğunun təmin olunması üçün Dövlət Məşğulluq Xidməti tərəfindən müvafiq işlər görüləcək.
İl ərzində 800 nəfərdən çox əlilliyi olan şəxsin mərkəzdə peşə hazırlığına cəlb olunması nəzərdə tutulur.