Əli Həsənov BMT QAK-ın Azərbaycan nümayəndəliyinin rəhbərini qəbul edib
12 mart 2014 17:27 (UTC +04:00)

Əli Həsənov BMT QAK-ın Azərbaycan nümayəndəliyinin rəhbərini qəbul edib

Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdsonu qəbul edib. Lent.az-ın məlumatına görə,

Ə. Həsənov qeyd edib ki, BMT QAK-la ölkəmiz arasında mövcud olan səmərəli əməkdaşlıq bu gün də uğurla davam etdirilir, Azərbaycanın belə bir nüfuzlu qurumun İcraiyyə Komitəsinin üzvü olması da deyilənləri təsdiqləyir.

 

Görüşdə Azərbaycan hökumətinin digər ölkələrə də humanitar dəstək sahəsində göstərdiyi fəaliyyət, bu baxımdan görülmüş işlər və qarşıda duran vəzifələr təhlil olunaraq bildirilib ki, hökumət Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində yaranmış bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həllində böyük layihələr həyata keçirib və bu sahəyə əhəmiyyətli dərəcədə vəsait xərcləyib. Azərbaycan hökumətinin bu addımı BMT QAK-ın və digər nüfuzlu beynəlxalq qurumların rəhbərləri tərəfindən də müsbət qiymətləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 406

Oxşar yazılar