Baş nazirinin müavini, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iyunun 17-də Binəqədi rayonunda yaşayan məcburi köçkünləri qəbul edəcək. Komitədən Lent.az-a verilən xəbərə görə, Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək qəbula yazılma saat 9.00-dan 10.00-dək rayon icra hakimiyyətində təşkil ediləcək.
Qəbul saat 10.00-da başlayacaq.