Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dekabrın 21-də Şamaxı rayonunda vətəndaşları qəbul edib. APA-nın məlumatına görə, nazir qəbul zamanı Ağsu, Şamaxı, Qobustan rayonlarından gələn 50-ə yaxın vətəndaşı dinləyərək, onların şikayət və təklifləri ilə tanış olub. Nazir görüşdə vətəndaşların səsləndirdiyi müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə göstəriş və tapşırıqlar verib.
Müraciətlər əsasən yeni salınan kəndlərdə elektron ATS-lərin qurulması, internet xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, telekommunikasiya, televiziya və radio yayımı xidmətlərindəki mövcud vəziyyət, bu xidmətlərin keyfiyyəti, işədüzəlmə, poçt şöbələrinin fəaliyyətinin daha da genişləndirilməsi məsələləri ilə bağlı olub. Qəbul zamanı vətəndaşları narahat edən bir sıra məsələlər yerində həllini tapıb, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Əli Abbasov Şamaxıda vətəndaşları qəbul edib
Oxşar yazılar

Önümüzdəki iki həftədə cekpot qazanacaq BÜRCLƏR: Kim inanılmaz şanslı olacaq
16 avqust 2025 , 19:00
Təqaüdə çıxmaq üçün ən yaxşı 10 ölkə - SIYAHI
16 avqust 2025 , 17:35
Yayda çılpaq yatmaq olmaz - Həkimdən xəbərdarlıq
16 avqust 2025 , 17:17
Sabah leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
16 avqust 2025 , 13:14
Xəzər dənizində 4 bal gücündə zəlzələ oldu
16 avqust 2025 , 11:47
Əksər rayonlara aramsız leysan yağıb - FAKTİKİ HAVA
16 avqust 2025 , 10:27
Avqustun 16-da heç kimin dayandıra bilməyəcəyi 3 BÜRC: Xoş xəbərlər gələcək və...
16 avqust 2025 , 09:09