Ekspert: “Sınaq qiymətləndirilməsi təhsilin inkişafına səbəb olacaq”
15 may 2014 17:26 (UTC +04:00)

Ekspert: “Sınaq qiymətləndirilməsi təhsilin inkişafına səbəb olacaq”

“Azərbaycanda müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi çox vacibdir”. Bunu Lent.az-a açıqlamasında təhsil eksperti, əməkdar müəllim Vidadi Bağırov bildirib. Onun sözlərinə görə, müəllimin bilik və bacarığı onun şagirdi ilə ölçülür: “Müəllim nə qədər bilikli, təcrübəli olacaqsa, onun dərs dediyi şagirdlər də yaxşı olacaq”.

 

Təhsil eksperti vurğulayıb ki, sınaq qiymətləndirilməsi Azərbaycan təhsili üçün faydalı olacaq. “Bununla müəllimlərin ehtiyacları öyrəniləcək. Həmçinin, həmin ehtiyacların  aradan qaldırılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən tədbirlər görüləcək”-deyə, V. Bağırov əlavə edib.

 

V. Bağırov onu da qeyd edib ki, müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi təhsil işçilərinin attestasiyasına hazırlıq kimi də dəyərləndirilməlidir.

 

“Sınaq qiymətləndirilməsi ilə real vəziyyət qiymətləndiriləcək. Ümumilikdə bu, təhsilin inkişafına səbəb olacaq”.

 

Qeyd edək ki, Sınaq Qiymətləndirmədə Bakı məktəblərində daimi müəllim vəzifəsini tutan müəllimlər və analıq məzuniyyəti yerinə müddətli müqavilə ilə işləyən müəllimlər (digər ümumtəhsil müəssisəsində müəllim işləyən əvəzçilər istisna olmaqla) iştirak edəcək. Qiymətləndirmədə məktəb direktorları, direktor müavinləri, psixoloqlar, laborantlar, uşaq birliyi rəhbərləri, sosial məzuniyyətdə olan və müvəqqəti əmək qabiliyyətini itirən müəllimlər iştirak etməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1013

Oxşar yazılar