Əflatun Amaşovdan mətbuata yönələn tənqidlərə <span style="color:red;">MÜNASİBƏT
15 aprel 2016 13:47 (UTC +04:00)

Əflatun Amaşovdan mətbuata yönələn tənqidlərə MÜNASİBƏT

 

 

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Milli Məclisdə bəzi mətbuat orqanlarına qarşı yönələn tənqidlərə münasibət bildirib.   

 

APA-nın məlumatına görə, Ə. Amaşov bildirib ki, Dağlıq Qarabağda 4 günlük hərbi əməliyyatlar dövründə Azərbaycan mətbuatı bütövlükdə normal fəaliyyət göstərib: “Lakin təəssüf ki, bəzi hallarda bəzi mətbuat orqanları baş verən olaylara kiçik prizmadan yanaşdı”.

 

Ə. Amaşov mətbuatda Milli Məclis üzvlərinin fəaliyyəti ilə bağlı yazılara da münasibət bildirib: “Milli Məclislə bağlı yazılar kifayət qədər qərəzli və qeyri-obyektivdir. Mən Mətbuat Şurasının sədri kimi bu məsələni qınayıram. Çalışmalıyıq ki, nəinki Milli Məclis, heç bir qurum barədə neqativ, qərəzli məlumat getməsin”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 226
avatar

APA Baycan

Oxşar yazılar