Əflatun Amaşov veteran jurnalisti ziyarət edib
06 mart 2015 15:20 (UTC +04:00)

Əflatun Amaşov veteran jurnalisti ziyarət edib

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın Ahıl Jurnalistlər Məclisinin üzvləri 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində 75 yaşı tamam olan veteran jurnalist Mənsurə Mənsurova-Əfəndiyevanı yaşadığı mənzilində ziyarət ediblər.

 

APA-nın məlumatına görə, ziyarət zamanı MŞ sədri Əflatun Amaşov Şuranın ahıl jurnalistlərlə bağlı gerçəkləşdirdiyi “Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır” layihəsi barədə məlumat verib. Bildirib ki, peşəkar fəaliyyəti məhdudlaşmış, xüsusi diqqətə ehtiyacı yaranmış veteran jurnalistlərə qayğı göstərilməsini nəzərdə tutan layihənin davamlılığı üçün başlıca səbəb gənc nəslin yaşlı qələm sahiblərinin örnək mahiyyət daşıyan həyat yolu barədə daha məlumatlı olmasına duyulan ehtiyacdır.

 

Sonra Ə. Amaşov uzun illər ölkə nəşriyyatlarında səmərəli fəaliyyət göstərmiş M. Mənsurova-Əfəndiyevaya Mətbuat Şurasının diplomunu təqdim edib.

 

Xatırladaq ki, M. Mənsurova-Əfəndiyeva 1962-1994-ci illərdə “Elm” nəşriyyatında  və “Azərnəşr”də yüzlərlə kitabın  redaktoru, elmi-populyar mövzularda bir sıra kitabların tərcüməçisi və tərtibçisi olub.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 126
avatar

Oxşar yazılar