ƏƏSMN 75 əlili istirahətə göndərib
12 iyun 2014 11:00 (UTC +04:00)

ƏƏSMN 75 əlili istirahətə göndərib

0

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 75 nəfər əlilliyi olan şəxsi istirahətə göndərib. Nazirlikdən Lent.az-a verilən xəbərə görə, əlilliyi olan şəxslər xüsusi nəqliyyat vasitəsi ilə Xaçmazdakı Nabran istirahət mərkəzinə yola salınıb.

Son bir ayda ƏƏSMN tərəfindən 300 nəfərə yaxın əlilliyi olan şəxsin istirahət zonalarına göndərilməsi təmin olunub.

Cari il ərzində 1062 nəfər əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərilməsi nəzərdə tutulur.

Əlilliyi olan şəxslərin istirahəti xüsusi proqram əsasında təşkil olunur. İstirahət zamanı maraqlı gəzintilər, idman yarışları və viktorinalar, musiqili-əyləncəli tədbirlər keçirilir. Əlilliyi olan şəxslər fizioterapevtik müalicə prosedurlarına da cəlb edilirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 640

Oxşar yazılar