Ədliyyə naziri Fikrət Məmmədov martın 13-də Ağdaş rayonunda vətəndaşları qəbul edəcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbulda Ağdaş, Mingəçevir və Yevlax rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Qəbul saat 12:00-da Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Ağdaş Rayon İcra Hakimiyyətinin yanı) keçiriləcək.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.