Əcnəbilər Azərbaycana necə işləyəcəklər?
24 may 2014 17:51 (UTC +04:00)

Əcnəbilər Azərbaycana necə işləyəcəklər?

Nazirlər Kabineti “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişikliklər edib.
 
APA-nın verdiyi məlumata görə, dəyişiklik Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi elektron xidmət növləri ilə bağlıdır.
 
Dəyişikliyə əsasən bundan sonra Dövlət Miqrasiya Xidmətinə Azərbaycanda müvəqqəti yaşamaq üçün müddətin uzadılması, Azərbaycanda daimi yaşamaq üçün icazənin alınması və müddətinin uzadılması üçün elektron formada müraciət etmək mümkün olacaq.
 
İndiyə qədər əcnəbinin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi məqsədi ilə fərdi icazənin alınması üçün elektron müraciət proseduru həyata keçirilib. Artıq fərdi icazə əvəzinə iş icazəsi alınacaq, vətəndaşlığı olmayan şəxslərə də belə icazə veriləcək.
 
Başqa sözlə, əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin müddətinin uzadılması məqsədi ilə Dövlət Miqrasiya Xidmətinə elektron qaydada müraciət edə biləcək. Eyni zamanda Azərbaycanda 3 gündən artıq müvəqqəti yaşamaq istəyən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması üçün müraciətin və sənədlərin qəbulu elektron qaydada həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 943
avatar

Oxşar yazılar