Əcnəbi gənclər də dini tolerantlıqdan danışdılar
05 dekabr 2013 16:10 (UTC +04:00)

Əcnəbi gənclər də dini tolerantlıqdan danışdılar

Gənclər üçün Təhsil Mərkəzi tərəfindən Azərbaycanda keçirilən “Gənclərin mədəniyyətlər və dinlərarası dialoqda rolu” adlı beynəlxalq tədbirin iştirakçılarının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində və BMT-nin Azərbaycandakı nümayəndəliyində görüşləri olub. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov qonaqları qəbul edərək, onlara Azərbaycandakı tolerantlıq mühiti barədə geniş məlumat verib, dövlətin bu sahədə gördüyü işləri diqqətə çatdırıb. Əcnəbi gənclər də öz növbəsində Azərbaycanda müxtəlif dinlərin və mədəniyyətlərin inkişafı üçün yaradılmış şəraiti yüksək qiymətləndiriblər.

Sonra qonaqlar BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Antonius

Broeklə görüşüblər. Diplomat Azərbaycanda keçirilən bu cür tədbirlərin əhəmiyyətini vurğulayaraq, mədəniyyətlər və dinlərarası dialoq barədə təmsil etdiyi qurumun fəaliyyəti barədə fikirlərini bildirib .Qeyd edək ki, dekabrın 7 - dək davam edəcək tədbirin keçirilməsində əsas məqsəd müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun qurulmasına dəstək vermək, bu prosesdə gənclərin aktiv iştirakını təmin etmək və bu sahədə mövcud olan təcrübələrin bölüşməsi üçün uyğun şəraitin yaradılmasıdır. Müzakirələrin hərtərəfli aparılması, bu sahədə təcrübə və informasiya mübadiləsinə nail olmaq məqsədi ilə tədbirə Avstriya, Türkiyə, Danimarka, Böyük Britaniya, Bolqarıstan, Hollandiya, Moldova və Ukrayna kimi ölkələrdən iştirakçılar dəvət olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 862

Oxşar yazılar