Əbülfəz Qarayev Masallıda vətəndaşları qəbul edəcək
21 aprel 2014 12:33 (UTC +04:00)

Əbülfəz Qarayev Masallıda vətəndaşları qəbul edəcək

Aprelin 28-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Masallıda Lənkəran, Masallı, Astara, Biləsuvar, Cəlilabad, Lerik, Neftçala, Salyan, Yardımlı və Cəbrayıl rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Nazirlikdən Lent.az-a verilən məlumata görə, şəhərin Heydər Əliyev Mərkəzində keçiriləcək qəbula vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, 147 “qaynar xətti” vasitəsi ilə yazıla bilərlər.

 


Qəbula gəlmək istəyən vətəndaşlar həmçinin yuxarıda adları çəkilən rayonların mədəniyyət və turizm şöbələri ilə də əlaqə saxlaya bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 613
avatar

Oxşar yazılar