Dünya Mobil Konqresində “Samsung A5” telefonu təqdim olunub
03 mart 2015 15:38 (UTC +04:00)

Dünya Mobil Konqresində “Samsung A5” telefonu təqdim olunub

 

Martın 2-dən 5-nə kimi Barselonada telekommunikasiya sahəsinin ən iri tədbirlərindən biri olan Dünya Mobil Konqresi keçirilir.

 

Lent.az-ın xəbərinə görə, tədbirdə dünyanın aparıcı telekommunikasiya şirkətləri iştirak edir, ən son mobil texnologiyalar nümayiş olunur.

 

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkətinin rəsmi “Facebook” səhifəsi Barselonada nümayiş olunan ən son yeniliklər, mobil cihazlar və həllər barədə xəbərləri Azərbaycan dilində təqdim edir.

 

Dünya Mobil Konqresində “Samsung A5” telefonu təqdim olunub. Konqresdə iştirak edən şirkət təmsilçilərinin sözlərinə görə, telefon ötən il bütün dünyada trendə çevrilmiş selfie çəkmək üçün çox əlverişlidir. Cihaz yüksək keyfiyyətli ön kamera, makiyaj etmə funksiyası, sifətin və gözlərin istənilən ölçüdə göstərilməsi kimi özəlliklərə malikdir.

 

“Bakcell”in dəstəyi ilə Konqresdə iştirak edən azərbaycanlı bloqqer Azər İsmayılovun təqdimatında sözügedən telefon haqqında video icmalı buradan izləmək olar: https://www.facebook.com/video.php?v=914053388639790

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 76
avatar

Oxşar yazılar