DSX-nın Qazaxdakı hissə və bölmələrinin döyüş hazırlığı yoxlanılıb
30 iyul 2019 13:51 (UTC +04:00)

DSX-nın Qazaxdakı hissə və bölmələrinin döyüş hazırlığı yoxlanılıb

 
 
29-30 iyulda Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi gene­ral-polkovnik Elçin Quliyev DSX-nın Sərhəd Qo­şun­ları­nın Ermənistanla dövlət sər­hə­dinin mühafizə və müda­fiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələ­rinin xidməti-döyüş fəaliyyətini yoxlayıb, sərhəd döyüş mən­təqələrində şəxsi heyətlə görüşüb, xidməti və yaşayış şərait­lə­rinə baxış keçirib.
 
Bu barədə APA-ya DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.
 
Bildirilib ki, Azərbaycan Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tap­şırıqlarının icra və­ziy­yəti, dövlət sər­hədində zəruri sərhəd mühafizə və müdafiə infra­struktu­runun yara­dıl­ması məqsədilə görü­lən işlərlə tanış olunub.              
 
DSX-nın rəhbər vəzifəli şəxslərinin iştirakı ilə ke­çi­rilmiş xidməti müşavi­rədə hərbi hissə və bölmələrin döyüş hazırlığının yük­səldilməsi, dövlət sər­hədinin toxunul­mazlığının və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edilməsi istiqamətində zəruri tapşırıqlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518
avatar

Oxşar yazılar