DSMF sədri Mingəçevirdə qəbul keçirib - YENİLƏNİB
18 iyun 2014 16:14 (UTC +04:00)

DSMF sədri Mingəçevirdə qəbul keçirib - YENİLƏNİB

0

Prezident İlham Əliyevin bölgələrdə vətəndaşların qəbulu ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev vətəndaşlarla növbəti görüşünü Mingəçevir şəhərində keçirib. DSMF-nın İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, Fondun Mingəçevir şəhər şöbəsinin inzibati binasında təşkil olunmuş qəbulda E. Mehdiyev Mingəçevir şəhərindən və Şəki, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ rayonlarından olan sakinlərin müraciət və təkliflərini dinləyib.

Vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-nın sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib, qəbulda iştirak edənlərin  Fondun müvafiq rayon şöbələrinin inzibati  binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb- gətirilmələri təmin olunub.

Məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıların iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 35-dək vətəndaşın müraciətinə baxılıb.  “Açıq qapı” şəraitində davam etdirilən görüşdə əvvəlcədən qəbula yazılanlardan əlavə olaraq gələn vətəndaşların da müraciətləri dinlənilib.

E. Mehdiyevin vətəndaşlarla görüşü zamanı sosial sığorta və pensiya təminatı,  o cümlədən pensiyaların məbləğinin yenidən hesablanması,  sosial sığorta stajının müəyyənləşdirilməsi, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil  edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələlərə dair  təklif və şikayətlər dinlənilib. Qaldırılan məsələlərin həlli üçün lazımi tədbirlər görülüb, eləcə də Fondun səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyatı orqanlara müraciət edilməsi qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 747

Oxşar yazılar