Dövlət Turizm Agentliyinə daha bir səlahiyyət verildi
02 may 2019 18:44 (UTC +04:00)

Dövlət Turizm Agentliyinə daha bir səlahiyyət verildi

0
 
Dövlət Turizm Agentliyinə qoruqların ərazilərində yerləşən tarix və mədəniyyət abidələrini pasportlaşdırmaq səlahiyyəti verilib. 
 
ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı  “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi haqqında fərmanında öz əksini tapıb.
 
Fərmana yeni əlavə edilən 3.0.45-1-ci yarımbəndinə əsasən, Dövlət Turizm Agentliyinin vəzifələri sırasına qoruqların ərazilərində yerləşən tarix və mədəniyyət abidələrini siyahıya və dövlət qeydiyyatına almaq, pasportlaşdırılmasını həyata keçirmək aid edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1066

Oxşar yazılar