Dövlət Sosial Müdafiə Fondunda qanvermə aksiyası keçirilib
12 dekabr 2013 11:55 (UTC +04:00)

Dövlət Sosial Müdafiə Fondunda qanvermə aksiyası keçirilib

Dövlət Sosial Müdafiə Fondunun strukturlarında könüllü qanvermə aksiyasına başlanılıb. Bu barədə Lent.az-a Fonddan məlumat verilib. İlkin olaraq DSMF-nin Mərkəzi Aparatında qanvermə aksiyası keçirilib. Növbəti günlərdə bu aksiya Fondun yerli şöbələrində də həyata keçiriləcək.

 

DSMF-nin Mərkəzi Aparatında baş tutan aksiyada Fondun əməkdaşları yüksək  fəallıq nümayiş etdiriblər. Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı  öncədən müəyyən olunub.

 

Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun əməkdaşları götürülən qan nümunələrinin laboratoriyada müayinə edildikdən sonra onlardan talassemiyalı və digər irsi qan xəstələrinin müalicəsində istifadə ediləcəyini nəzərə çatdırıblar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 538

Oxşar yazılar