<b>Gələn ilin büdcəsində Azərbaycanın səhiyyə xərcləri artırılıb</b>
29 sentyabr 2016 12:53 (UTC +04:00)

Gələn ilin büdcəsində Azərbaycanın səhiyyə xərcləri artırılıb

0

 

2017-ci il dövlət büdcəsində səhiyyə xərcləri üçün 775,8 mln. manat vəsait ayrılıb.

 

Lent.az-ın Maliyyə Nazirliyinin saytına istinadən xəbərinə görə, bu barədə 2017-ci il üçün dövlət büdcəsinin layihəsində qeyd olunub.

 

Səhiyyə sahəsinə ayrılan vəsait dövlət büdcəsi xərclərinin 4,7 faizini təşkil edəcək ki, bu da 2016-cı illə müqayisədə 0,2 faiz çoxdur.

 

Ayrılan vəsaitin 365,7 mln. manatı və ya 47,1 faizi xəstəxanaların, 116,1 mln. manatı və ya 15 faizi poliklinikaların və ambulatoriyaların saxlanılması xərclərinə, 6 mln. manatı və ya 0,8 faizi səhiyyə sahəsində digər xidmətlər üzrə xərclərə, 288 mln. manatı və ya 37,1 faiz səhiyyə sahəsində tətbiqi tədqiqatlar və səhiyyə sahəsində edilən digər xidmətlə üzrə xərclərə yönəldiləcək.

 

2017-ci ildə səhiyyə xərcləri üçün ayrılacaq vəsaitin 180,3 mln. manatı məqsədli proqram və tədbirlərin maliyyələşdirilməsinə, o cümlədən xroniki böyrək çatışmazlığı xəstəliyinin mübarizəsi üzrə tədbirlərə 22,2 mln. manat, hemofiliya və talassemiya irsi qan xəstəliklərinin müalicəsi üzrə tədbirlərə 18,5 mln. manat, xərçəng xəstəliyi ilə milli mübarizə tədbirlərinin maliyyə təminatına 39,3 mln. manat, şəkərli diabet xəstəliyinin müalicəsi üzrə tədbirlərin maliyyə təminatına 36,1 mln. manat, yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlərə 6,5 mln. manat, vərəmlə mübarizə üzrə tədbirlər proqramının maliyyələşdirilməsinə 1,1 mln. manat, Azərbaycan Respublikasında HİV/AİDS-in qarşısının alınması və onunla mübarizəyə 2,3 mln. manat, ana və uşaqların sağlamlığının qorunması ilə bağlı tədbirlərə 3,0 mln. manat, qanın, qan komponentlərinin donorluğu və qan xidmətlərinin inkişafına dair tədbirlərə 1,4 mln. manat, dağınıq skleroz xəstəliyinə tutulmuş insanların müalicə tədbirləri üçün 2,7 mln. manat, uşaqların icbari dispanserizasiyası iıə bağlı xərclərə 4,5 mln. manat, qanın bədxassəli xəstəliklərinin mübarizəsinə 6,0 mln. manat, səhiyyə sahəsində islahatlarla bağlı xərclər üçün 25,1 mln. manat və digər  səhiyyə tədbirlərinin həyata keçirilməsi üçün 11,6 mln. manat vəsait proqnozlaşdırılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 477

Oxşar yazılar