Dövlət qulluğuna qəbul üçün sınaq imtahanı keçiriləcək
11 may 2018 09:59 (UTC +04:00)

Dövlət qulluğuna qəbul üçün sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün müsabiqənin test imtahanı mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək.

 

Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilir ki, dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək. Sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə mayın 16-da keçiriləcək.

 

İmtahan saat 10:00-da başlayacaq.

 

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün onlayn qeydiyyat 16 may tarixində saat 9:00-da başa çatacaq.

 

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”- lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 203
avatar

Yasəmən Bağırova

Oxşar yazılar