Azərbaycanın Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) tərəfindən təşkil etdiyi aylıq işgüzar naharda iştirak edib.
APA-nın xəbərinə görə, tədbirdə çıxış edən F.Nəbiyev DMX-nin “AmCham”la əməkdaşlığından məmnun olduğunu bildirib və tədbir iştirakçılarına rəhbərlik etdiyi qurumun ən yeni nailiyyətlərindən, Miqrasiya Məcəlləsinə 2013-cü ildə “AmCham” üzvləri tərəfindən təklif olunmuş dəyişikliklərdən danışıb.
O qeyd edib ki, DMX hər zaman “AmCham” tərəfindən təqdim olunan təklifləri dəstəkləyir və “AmCham”ın xidmətə yönəltdiyi hər bir sual cavablandırılacaq.
“Sizin rəhbərliyiniz altında zamanı iki təşkilat arasında yeni bir pilləyə qalxan əməkdaşlığımızı yüksək qiymətləndirirəm. Bizim mütəmadi əməkdaşlığımız, “AmCham” tərəfindən təklif olunan və Miqrasiya Məcəlləsinin sonuncu variantına daxil edilən dəyişikliklərin sayı, habelə bizim daim dialoqa hazır olmağımız bunun ən böyük göstəricilərindəndir. Ümidvarıq ki, bizim əməkdaşlığımız Azərbaycanın biznes mühitinə yaxşı təsir edəcək”, - deyə Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Azərbaycanın icraçı direktoru xanım Nərgiz Nəsrullayeva-Müdüroğlu bildirib.
Tədbir zamanı F.Nəbiyev Azərbaycanda Amerika Ticarət Palatasının üzvlərini milli kadrları işə götürməyə çağırıb. O, Azərbaycanın işçi bazarında olan hazırlıq səviyyəsindən xəbərdar olduğunu bildirib və məhz buna görə bu şirkətlərin qəbul etdiyi kadrlar üçün təlimlər keçirməli olduğunu qeyd edib. Biznes üçün istedadlı gənclərin sayını artırması çün Azərbaycanda “AmCham” Azərbaycan və Azərbaycan Təhsil Nazirliyi birgə layihə irəli sürüb. Nahar zamanı təqdim olunan sorğu bu layihənin ilk addımı kimi təqdim olunub və “AmCham” üzvləri tərəfindən cavablandırılıb.