Dövlət Komitəsi Qarabağla bağlı layihə hazırlayır
07 iyun 2013 13:34 (UTC +04:00)

Dövlət Komitəsi Qarabağla bağlı layihə hazırlayır

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Latviyanın sabiq prezidenti Vaira Vike-Freiberga, Finlandıyanın sabiq prezidenti Tarja Halonen, Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannisin iştirakı və rəhbərliyi ilə Cənubi Qafqaz regionundakı konfliktlərlə bağlı müzakirələrin aparılması üçün silsilə tədbirlər layihəsi hazırlayır.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Yunanıstana səfər çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndəsi Rövşən Muradov Dora Bakoyannislə görüş keçirib.

Görüşdə Cənubi Qafqazdakı münaqişələr, o cümlədən Dağlıq Qarabağ problemi müzakirə olunub. Dora Bakoyannis bu baxımdan mayın 6-8-də Bakıda keçirilən Cənubi Qafqaz Forumu çərçivəsində aparılan danışıqların əhəmiyyətin xüsusi qeyd edib. Dora Bakoyannis Cənubi Qafqaz regionunun inkişafına böyük mənfi təsir göstərən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dünya ictimaiyyətinin daha aktiv fəaliyyət göstərməli olduğunu vurğulayıb və Yunanıstanın danışıqların aparılmasına ev sahibliyi edə biləcəyini söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 729
avatar

Oxşar yazılar