Dövlət Komitəsi jurnalistləri mükafatlandırdı
22 iyul 2013 16:03 (UTC +04:00)

Dövlət Komitəsi jurnalistləri mükafatlandırdı

 

Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində milli mətbuatımızın yaranmasının 138 illiyi ilə bağlı tədbir keçirilib.

 

Lent.az-ın verdiyi məlumata görə, Dövlət Komitəsinin sədri Ramiz Həsənov demokratik inkişafın başlıca amillərindən sayılan azad mətbuatın formalaşmasının, inkişafının Azərbaycan dövlətinin siyasətinin tərkib hissəsi olduğunu söyləyib.

 

Ramiz Həsənov bildirib ki, vətəndaş cəmiyyəti quruculuğunda nailiyyətlər qazanmış ölkəmizdə medianın sərbəst və dövlət hakimiyyətindən asılı olmayan fəaliyyətinin təmin edilməsi istiqamətində xeyli işlər görülüb və görülməkdədir: “Azad medianın yaranması və inkişafı Heydər Əliyevin tarixi xidmətidir. 1995-ci ildə qəbul olunan Konstitusiyaya uyğun olaraq, vətəndaşların qanuni yolla informasiya toplamaq, almaq, hazırlamaq, ötürmək və yaymaq hüququ dövlət təminatına əsaslandı.  Hazırda prezident İlham Əliyevin fikir plüralizminə, söz və mətbuat azadlığına, onun davamlı inkişafına göstərdiyi xüsusi diqqəti hər birimiz görürük. Dövlət başçısının mediaya diqqət və qayğısının nəticəsidir ki, indi ölkəmizdə yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkəti, sürətlə inkişaf edən internet portalları fəaliyyət göstərir. Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət tərəfindən media vasitələrinin iqtisadi cəhətdən özünü təmin etməsinə hesablanmış çox vacib addımlar atılıb. Prezidentin sərəncamları ilə qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik yardım göstərilib, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan dondurulmuş borcu dövlət büdcəsi hesabına ödənilib. Ölkə  başçısının təşəbbüsü ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" hazırlanaraq təsdiq edilib, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Həmçinin media nümayəndələrinin sosial təminatının gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yaşayış evləri tikilib. Ölkə başçısı bu gün də medianın inkişafına, bu sahədə çalışanların sosial və digər zəminli problemlərinin tez və səmərəli həllinə xüsusi diqqət göstərir, buna böyük həssaslıqla yanaşır. Təbii ki, dövlət qurumları ilə medianın sıx əməkdaşlığı vacib əhəmiyyət daşıyan məsələdir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətini uğurla, operativ və peşəkarlıqla işıqlandıran jurnalistlərə təşəkkürümüzü bildiririk”.

 

Sonda Dövlət Komitəsinin sədri Ramiz Həsənov tərəfindən təltif edilmiş bir qrup media işçisinə Fəxri Fərman və mükafatlar verilib.

 

Mükafat alanlar sırasında “APA Holding” MMC-nin nəzdində APA TV-nin müxbiri Jalə Məmmədli və “Lent.az İnformasiya Agentliyi” MMC-nin müxbiri Ramiz Mikayıloğlu da var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583
avatar

Oxşar yazılar