Dırnaq qırılmasının həlli
Xanımların ortaq problemi olan dırnaq qırılması baxımsızlıqdan yaranır. Dırnaqlarınız nə qədər incə olur olsun Lent.az-ın təqdim etdiyi bu bitki mənşəli formulları tətbiq etməklə dırnaqlarınızın günü-gündən daha da gücləndiyini görəcəksiniz.
Qarışım 1.
1 çay qaşığı soda və 1 stəkan ilıq suyu qarışdırıb, əllərinizi 10 dəqiqə bu suda saxlayın.
Qarışım 2.
1 yemək qaşığı duz
Yarım limon suyu
2 çay qaşığı zeytun yağı
1 stəkan ilıq su
2 çay qaşığı badam yağı
Duz əriyənə kimi bunları odda qarışdırın. 4-5 dəqiqə əllərinizi bu suda saxlayın.
Qarışım 3.
Hindistan qozu yağı (1 yemək qaşığı)
Badam yağı (1 yemək qaşığı)
Hind yağı (1 yemək qaşığı)
Qarışdırıb isidin. 10 dəqiqə əllərinizi içində saxlayın. Həftədə 3 dəfə edin.