Direktor müavini olmaq üçün ərizə qəbulu başa çatdı
26 noyabr 2014 15:07 (UTC +04:00)

Direktor müavini olmaq üçün ərizə qəbulu başa çatdı

 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumtəhsil məktəblərində təlim – tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün keçirilən müsabiqənin I mərhələsi başa çatıb. BŞTİ-nin mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, verilən müddət ərzində (17 - 24 noyabr tarixlərində) 532 nəfər bakuedu.az saytında elektron ərizə ilə qeydiyyatdan keçib.

 

 II mərhələdə qeydiyyatdan keçən namizədlər üçün imtahan təşkil olunacaq. İmtahandan uğurla keçən namizədlər isə III mərhələdə komissiya tərəfindən təşkil olunmuş müsahibədə iştirak edəcəkdir.  Müsahibədən müvəffəqiyyət qazanmış namizədlər vakant vəzifələrə yerləşdiriləcək və vakant yerlər olmadığı təqdirdə namizədlərin sənədləri BŞTİ–nin kadrlar bazasında toplanılacaq. Yeni vakansiyalar yarandığı halda bu namizədlərin işlə təmin olunacaqları nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 757
avatar

Oxşar yazılar