Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivinin ümumi iclası keçirilib. Komitədən Lent.az-a verilən məlumata görə, iclasda Dövlət Komitəsinin yeni sədri Mübariz Qurbanlı, mərkəzi aparatın işçiləri, habelə bölgə şöbə müdirləri iştirak ediblər.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bundan sonra DQİDK-nın qarşısında duran vəzifələr barədə məlumat verib.
Tədbirdə prezident İlham Əliyev tərəfindən təltif edilmiş DQİDK-nın Qarabağ bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfova Dövlət Komitəsinin sədri tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib.
Sonda bir sıra cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.