Baş nazir “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib. Bu barədə Lent.az-a Nazirlər kabinetindən məlumat verilib.
Dəyişiklik əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) vəzifə maaşlarına əlavələrin verilməsi ilə bağlıdır.
Dəyişikliyə əsasən, Daxili İşlər Nazirliyinin rəhbərliyinə müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə hər ay onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin etmək səlahiyyəti verilib.