Diaspor qurumumuzda senatorluq institutu yaradıldı
03 iyun 2013 14:48 (UTC +04:00)

Diaspor qurumumuzda senatorluq institutu yaradıldı

Əsas ofisi Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) idarə heyətinin növbədənkənar toplantısı keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, yığıncaqda Azərbaycan həqiqətlərini müxtəlif beynəlxalq təşkilatlara, habelə Benilüks məkanındakı ölkələrin ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş işlərdən müzakirə olunub, bu sahədə işlərin təkmilləşdirilməsinin və yeni layihələrin reallaşdırılmasının vacibliyi vurğulanıb.

 

BAK-ın tərkibində ölkəmizə dair məlumatları operativ şəkildə çatdıran və lobbiçilik məsələləri ilə ciddi məşğul olan senatorluq institutunun yaradılması məqsədəuyğun hesab edilib.  Yeni institut Benilüks ölkələrində yaşayan azərbaycanlıları BAK ətrafında daha sıx birləşdirmək və onların fəaliyyətini istiqamətləndirmək məqsədi daşıyacaq. Eyni zamanda Avropa Parlamentində akkreditə olunan lobbiçilik qrupunun işinə lazımi dəstək verəcək, ən aktual məsələləri idarə heyətinin müzakirəsinə göndərəcək, qəbul olunan qərarların icrasına nəzarət edəcək və konqresin fəaliyyət istiqamətini müəyyənləşdirəcək. Yeddi nəfərdən ibarət senatorluq institutunun üzvləri artıq öz vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668
avatar

Oxşar yazılar