<b><span style="color:red;">DGK : "Fakta söykənməyən xəbərlərin yayılması qərəzdir, naşılıqdır"</b>
31 mart 2018 13:00 (UTC +04:00)

DGK: "Fakta söykənməyən xəbərlərin yayılması qərəzdir, naşılıqdır"

Bəzi kütləvi informasiya vasitələrində xaricdən ölkə ərazisinə gələn yük nəqliyyat vasitələrindən gömrük orqanlarının gömrük vergi və rüsumlarından əlavə qeyri-qanuni rüsumlar tələb etdiyinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

a aydınlıq gətirib. guya bəzi sahibkar və sürücülər tələb olunan vəsaiti verməkdən imtina etdikləri üçün onlara aid nəqliyyat vasitələri sərhəd-gömrük keçid məntəqələrindən buraxılmayıb və bu da məntəqələrin qarşısında sıxlığın yaranmasına səbəb olub.

 

Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, komitə yayılan məlumatları təkzib edib. DGK bildirir ki, nəqliyyat vasitələrinin gömrük sərhədindən keçmə prosesi mövcud qanunvericiliyə görə tənzimlənir, gömrük sərhədindən keçən mal və nəqliyyat vasitələrinə görə yalnız qanunvericilikdə nəzərdə tutulan vergi və rüsumlar ödənilməlidir. Üstəlik hazırda ölkənin sərhəd-gömrük keçid məntəqələrində istər avtomobil, istərsə də sərnişin sıxlığı müşahidə olunmur və yayılan məlumatlar həqiqətə uyğun deyil. Hər hansı fakta söykənməyən bu xəbərlərin yayılması isə qərəz və ya naşılığın əlamətidir.

 

Eyni zamanda, bu gün bəzi kütləvi informasiya vasitələrində yol hərəkəti qaydalarını pozan, Yol Patrul Xidməti əməkdaşlarının saxla əmrinə tabe olmayan və qəza törədən Adıgözəlov Elvin Nüsrət oğlu adlı şəxs barədə məlumat yayılıb, həmin məlumatda Elvin Adıgözəlovun Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutan Nüsrət Adıgözəlov adlı şəxsin oğlu olduğu iddia edilir.

 

Dövlət Gömrük Komitəsi bildirir ki, ümumiyyətlə, gömrük orqanlarında Nüsrət Adıgözəlov adlı əməkdaş xidmət etmir və bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530
avatar

Oxşar yazılar