Dərsliklər bu vaxta qədər məktəblərə çatdırılacaq
25 avqust 2017 11:49 (UTC +04:00)

Dərsliklər bu vaxta qədər məktəblərə çatdırılacaq

Dövlət ümumtəhsil məktəblərinin şagirdlərinin sentyabr ayının əvvəllərinə qədər dərsliklərlə təmin olunması nəzərdə tutulur.

 

Bu barədə Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib.

 

Məlumatda qeyd edilir ki, 2017/2018-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil məktəbləri üçün ümumilikdə 241 adda 4563416 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub.

 

Yeni çap edilmiş dərslik və müəllim üçün metodik vəsaitlərin avqustun sonlarına qədər yerlərə çatdırılması nəzərdə tutulur.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 223
avatar

Fərizə Əhmədova

Oxşar yazılar