Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən jurnalist Azər İsrafilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, A, İsrafilov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, A. İsrafilov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə tiham edilib. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.
A. İsrafilov ANS və İTV telekanallarında çalışıb.