<b>Dekoderlər gömrük idxal rüsumundan azad ediləcək </b>- <span style="color:red;">QƏRAR
01 oktyabr 2016 16:04 (UTC +04:00)

Dekoderlər gömrük idxal rüsumundan azad ediləcək - QƏRAR

 

 

Gələn həftədən Azərbaycana idxal edilən DVB-T və DVB-T2 standartına uyğun rəqəmli televiziya yayımı üçün avadanlıqlar gömrük idxal rüsumundan azad ediləcək.

 

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilməsi barədə” qərarında əksini tapıb.

 

Qərara əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, DVB-T və DVB-T2 standartına uyğun rəqəmli televiziya yayımı üçün avadanlıqlar və onlara aid ötürücü anten fider sistemləri gömrük idxal rüsumundan azad ediləcək. Bu qərar 3 il müddətində qüvvədə olacaq.

 

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının 27 sentyabr 2016-cı il tarixli 10 saylı qərarına uyğun olaraq 1 noyabr 2016-cı il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılacaq. Növbəti mərhələdə – 1 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək. Əgər televizorda rəqəmsal kanal qəbuledicisi yoxdursa, DVB-T və DVB-T2 standartına standartını dəstəkləyən əlavə dekoder əldə edərək bu çatışmazlığı aradan qaldırmaq olar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 151
avatar

Oxşar yazılar