Daşınmaz əmlak obyektlərində ekoloji tələblərin standartı qəbul olundu - <span style="color:red;">YENİLƏNİB
12 mart 2014 18:19 (UTC +04:00)

Daşınmaz əmlak obyektlərində ekoloji tələblərin standartı qəbul olundu - YENİLƏNİB

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS 759-2014 “Uyğunluğun qiymətləndirilməsi. Daşınmaz əmlak obyektlərinə ekoloji tələblər” dövlət standartı təsdiq edilib. Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, standart daşınmaz obyektlərə dair prinsipləri, kateqoriyaları, qiymətləndirmə

kriteriyalarını, indiqatorları, tövsiyə edilən göstəriciləri və minimal ekoloji tələbləri təyin edir. Həmçinin, standart daşınmaz əmlak obyektlərinə, binalara və tikililərə, onların həyətyanı ərazilərinə qoyulan ekoloji tələbləri müəyyən edir və layihələndirilən, tikilən, yenidən qurulmuş və istismara verilmiş daşınmaz əmlak obyektlərinin bütün kateqoriyalarına şamil edilir. Normativ sənəddə daşınmaz əmlak obyektlərinə dair ekoloji tələblərin strukturu, ekoloji tələblərin baza kateqoriyaları və kriteriyaları, daşınmaz əmlak obyektlərinə dair ekoloji tələblərə riayət edilməsinin qiymətləndirilməsi metodları

və digər informasiyalar mövcuddur.

 

Qeyd edək ki, yeni təsdiq edilmiş dövlət standartının tətbiqinə martın 15-dən başlanılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 972

Oxşar yazılar