Ötən ay əmək qanunvericiliyi 1504 dəfə pozulub
06 mart 2015 10:46 (UTC +04:00)

Ötən ay əmək qanunvericiliyi 1504 dəfə pozulub

Dövlət Əmək Müfəttişliyi Xidməti müəssisə, idarə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı işəgötürənlər tərəfindən 1504 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktını aşkar edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə, belə halların əsasən iqtisadiyyatın özəl sektoruna aid müəssisələrdə və topdansatış, tikinti, ticarət, ictimai iaşə sektorlarında baş verdiyi müəyyən edilib.

Qeyd olunan hüquq pozuntularına yol vermiş işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri əsasında cərimələr tətbiq olunub. Cərimələrin 35,1 %-i, yəni 109412 manatı dövlət büdcəsinə ödənilib. Nəticə etibarilə ötən ay əmək qanunvericiliyinin pozulması ilə bağlı aşkar olunan hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib, aradan qaldırılması müəyyən müddət tələb edən digər pozuntuların ləğvi üçün işəgötürənlərə icrası məcburi olan göstərişlər verilməklə icrası nəzarətə götürülüb.   

DƏMX tərəfindən bu istiqamətdə aparılan işlər vətəndaşların əmək qanunvericiliyindən irəli gələn hüquqlarının təmin olunması, o cümlədən işçilərin əməyinin mühafizəsi ilə bağlı işəgötürənlərdə məsuliyyətin artırılmasına xidmət edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 159

Oxşar yazılar