Tərtər rayon icra başçısı Ceyhun Cəfərov icra hakimiyyətində kadr dəyişiklikləri həyata keçirib. Lent.az-ın məlumatına görə, Tərtər Rayon İcra Hakimiyyətindən AzVision.az-a verilən xəbərdə bildirilir ki, icra başçısı YAP-ın Tərtər rayonu üzrə rayon təşkilatının sədri Ramiz Şabanovu özünə birinci müavin təyin edib.
Bu vəzifəni daha öncə bir müddət əvvəl işdən çıxarılan Vidadi Bəylərov yerinə yetirirdi.
C. Cəfərov Humanitar məsələlər üzə müavin vəzifəsinə 28 yaşlı Elvin Umudovu təyin edib. O, bundan əvvəl Rayon Gənclər idman idarəsinin rəisi vəzifəsində işləyib.