Ağdamda ana və körpə doğuşda öldü
21 dekabr 2013 21:23 (UTC +04:00)

Ağdamda ana və körpə doğuşda öldü

Bu gün axşam saatlarında 36 yaşlı qadın Ağdam Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı keçinib.

 

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, ölən qadın əslən Ağdam rayon sakini olan və Bakıda yaşayan 1977-ci il təvəllüdlü  Əsgərova Gülmirə Bəxtiyar qızıdır.  

 

Məlumata görə, hamilə olan Əsgərova Gülmirə bir neçə gün əvvəl Bakıdan Ağdam rayonuna, anasıgilə gəlib. Bu gün axşam saatlarında onun vəziyyəti pisləşib.  Saat 17-18 radələrində qadın kəskin qanaxma ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onu və körpəsini xilas etmək mümkün olmayıb. O, kəskin qanaxmadan həyatını itirib.

 

Ağdam Rayon Mərkəzi Xəstəxanasından APA-nın Qarabağ bürosuna bidirilib ki, həkimlər qadına hamilə qalmağın təhlükəli olduğu barədə əvvəldən xəbərdarlıq edibmişlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2128
avatar

Oxşar yazılar