Daha 100 Qarabağ müharibəsi və 20 Yanvar əlilinə maşınlar verildi
23 aprel 2014 12:05 (UTC +04:00)

Daha 100 Qarabağ müharibəsi və 20 Yanvar əlilinə maşınlar verildi

Aprelin 23-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən növbədə dayanan Qarabağ müharibəsi və 20 Yanvar əlillərindən daha 100 nəfərinə “Naz-Lifan” markalı minik avtomobilləri təqdim edilib. Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bununla da təkcə son 3 həftə ərzində minik avtomobili ilə təmin olunan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin sayı 300 nəfərə çatıb. Avtomobillərin təqdim olunması zamanı sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hərtərəfli qayğı ilə təmin olunmasına göstərilən prezident qayğısından söz açılıb.

 

Yeni minik avtomobili alan Qarabağ müharibəsi və 20 Yanvar əlilləri onların maddi təminatının gücləndirilməsinə, reabilitasiya vasitələri ilə təminatına göstərilən diqqət və qayğıdan razı qaldıqlarını vurğulayıblar. Çıxış edənlər qısa müddətdə minik avtomobili ilə təmin olunmaları üçün müvafiq sərəncam imzalanmasını əlilliyi olan insanlara prezident qayğısının əyani ifadəsi olduğunu önə çəkərək, dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbirdə vurğulanıb ki, indiyədək 4106 nəfər əlilliyi olan şəxsə minik avtomobilləri verilib. Bildirilib ki, 01 yanvar 2014-cü il tarixədək növbəyə duran şəxslərin siyahısı nazirliyin rəsmi saytında (www.mlspp.gov.az) yerləşdirilib. Siyahı üzrə əlillərin pulsuz xüsusi avtonəqliyyatla təmin edilməsi bundan sonra da davam etdiriləcək və may ayının sonuna kimi daha 375 nəfər əlilliyi olan şəxsin minik avtomobilləri ilə təmin olunması planlaşdırılır. Eyni zamanda, növbədə olan Böyük Vətən müharibəsi və Çernobıl əlillərinin, habelə hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olanların da yaxın dövrdə xüsusi avtonəqliyyatla tam təminatı üçün müvafiq tədbirlər görüləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1060
avatar

Oxşar yazılar