Bakıda çovğun olacaq, qar yağacaq
07 yanvar 2015 13:18 (UTC +04:00)

Bakıda çovğun olacaq, qar yağacaq

0

Bakıda və Abşeron yarımadasında yanvarın 8-də fasilələrlə yağış, qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, şimal-qərb küləyi şiddətlənəcək. Çovğun olacaq, gecəyə doğru yollar buz bağlayacaq.  

 

Havanın temperaturu 2-4 dərəcə isti, gündüz 0 dərəcəyə yaxın, axşama doğru isə 2 dərəcə qədər şaxta olacaq.

 

Azərbaycanın rayonlarında sabah yağıntılı olacaq , sulu qar və  qar yağacaq. Arabir intensivləşəcək.

Şimal-qərb küləyi güclənəcək.  Havanın temperaturunun gecə  və gündüz 2 dərəcə şaxtadan 3 dərəcə qədər isti, dağlarda 8-13 dərəcə şaxta olacaq, yüksək dağlıq ərazilərdə isə 18-23 dərəcə şaxta olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar