Çiyələkli piroqu belə hazırlayın - <span style="color:red;">Usta öz sirlərini açır : <span style="color:red;">Lent.az-ın mətbəxi
14 iyun 2019 15:10 (UTC +04:00)

Çiyələkli piroqu belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az-ın mətbəxi layihəsində növbəti yazımıza davam edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Biş-düş Babayeva”" adı ilə məşhur olan ustanın çiyələkli piroqu necə hazırlaması ilə tanış edəcəyik.

Çiyələkli piroqun tərkibi:

Xəmir üçün. 2-st un,

100-q yağ,

1-/2-st şəkər tozu,

1-yumurta,

2-xq xama,

1-xq qabartma tozu,

1/2-cq vanelin.

Üzəri ücün. 0,5-kq ciyələk,

1-st şəkər tozu.

Hazırlanma qaydası

Əvvəlcə azca  yumşaldılmış yağın içinə yumurta əlavə olunub qarışdırılır.

Daha sonra xama əlavə olunur və qarışdırılır.

Üzərinə qabartma tozu və vanillin əlavə olunur. Daha sonra yavaş-yavaş un əlavə olunaraq qarışdırılır. Daha sonra alınan yumşaq xəmiri iki saat soyuducuda saxlamaq lazımdır.

Daha sonra yarım kilo çiyələyi doğrayıb üzərinə bir stəkan şəkər tozu tökərək qarışdırılır.

Soyuducudan götürülən xəmir yayılıb formaya yerləşdirilir.

Hazırlanan çiyələk üzərinə əlavə olunur.

Daha sonra bişməsi üçün sobaya qoyulur.

Soyuduqdan sonra doğrayıb üzərinə pudra şəkəri səpilir və süfrəyə verilir.

Piroqu dondurma, eyni zamanda çayla da süfrəyə verə bilərsiniz.

Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1403
avatar

Aygün İbrahimli

Oxşar yazılar