

Çimərliklərdəki şlaqbaumlar sökülməyə başladı, ancaq... - BŞİH RƏSMİSİ
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamenti çimərlik ərazilərinə və sahilyanı zonalara girişin pulsuz olduğu barədə məlumat yayıb. Ancaq müşahidələr göstərir ki, hələ də bu xəbərdarlığa əməl olunmur, sakinlərdən ödəniş tələb edilir.
Bu barədə Lent.az-a açıqlama verən Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib ki, dünən birinci reyd keçirilib və çimərliklərdə şlaqbaumlar sökülüb:

“Bu gün və sabah da çimərliklərdə reydlərə davam ediləcək. Artıq səhər saatlarından əməkdaşlarımız çimərliklərə yollanıblar və nəticələr barədə geniş məlumat veriləcək".
İ.Kərimov əlavə edib ki, reydlərin özəl çimərliklərə dəxli yoxdur.
Xatırladaq ki, dünən departament əməkdaşları Şıx çimərliyində 9 müxtəlif məkana baş çəkib və orada olan qapılar, şlaqbaumlar, habelə qiymət yazılan lövhələr götürülüb. Eyni zamanda, sahibkarlara xəbərdarlıq edilib ki, çimərlik ərazilərinə giriş pulsuzdur, əhalidən yalnız xidmətə görə pul almaq olar.
Əlavə edək ki, məsələ ilə əlaqədar “Qaynar xətt” fəaliyyətə başlayıb və vətəndaşlar çimərliklərə getdikdə girişin ödənişli olduğunu görəndə 012 566-83-71 əlaqə nömrələrinə zəng edib məlumat verə bilərlər.
Oxşar yazılar

Sabah çimərliklərdə 27 dərəcə isti olacaq
14 iyul 2025 , 13:58
Bəzi ixtisaslar ləğv olunacaq - Məleykə Abbaszadə
14 iyul 2025 , 13:13
Sabah da 40 dərəcə isti olacaq - hava PROQNOZU
14 iyul 2025 , 12:33
6 minə yaxın abonent qazsız qalacaq - XƏBƏRDARLIQ
14 iyul 2025 , 10:00
Yayda çox şey dəyişəcək: taleyüklü hadisələrlə qarşılaşacaq üç BÜRC
14 iyul 2025 , 09:19
Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək
14 iyul 2025 , 00:02
Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət
13 iyul 2025 , 20:15