Ceyhun Gəncinski niyə "Lotu Quli"yə QARŞI ÇIXDI? - <span style="color:red;">Müammalı CAVAB
18 iyun 2019 19:16 (UTC +04:00)

Ceyhun Gəncinski niyə "Lotu Quli"yə QARŞI ÇIXDI? - Müammalı CAVAB

Ceyhun Əsgərov (Ceyhun Gəncinski) 1975-ci il dekabrın 9-da Gəncə şəhərində dünyaya gəlib. 
 
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Ceyhunun uşaqlıq illərindən cinayətkar aləmə meyl etməsi tam aydınlığı ilə hiss edilirdi. Hələ gənc yaşlarında artıq Əsgərov “cinayətkar” sayılırdı. Hər zaman çalışırdı ki, nüfuzlu oğruların əhatəsində olsun. Zaman keçdikcə Ceyhun addım-addım məqsədinə yaxınlaşırdı...
 
 
Tezliklə o, azərbaycanlı oğruların arasında nüfuz qazanır. Oğru dünyasında silsilə cinayətlər etməklə məşhurlaşırdı. Əldə etdiyi qazancı həbsdə olan dostlara çatdırır, onlara dəstək verirdi. 
 
O, qanuni oğruların mənafelərini müdafiə etmək üçün çox çalışırdı. Onun məhz bu addımı “içəridəki”lərin diqqətini çəkirdi. Uzun müddət həbs yatan qanuni oğrulardan bibri - Nadir Səlifov ("Lotu Quli") “içəri”də olmasına baxmayaraq, demək olar ki, bayırdakı bütün qrupları nəzarətdə saxlayırdı. Beləliklə, Əsgərov Nadirin əhatəsinə düşə bilir...
 
İllər ötür, “tapşırıq”lar... Ceyhun hər mənada özünü doğruldurdu.
 
Oğruların uzun zaman gözlədiyi an yetişdi - 28 avqust 2014-cü il.
 
Oğrular həmin gün Türkiyənin Antalya şəhərinə toplanmışdılar. Tədbiri "Lotu Quli"nin qardaşı Namiq Səlifov təşkil etmişdi. Həmin gün eyni zamanda qardaşının doğum günü idi. İnternet üzərindən həbsxanalardan “Skype”la təbriklər gəlirdi, canlı bağlantılar biri-birini əvəzləyirdi.  Yığıncaqda Ceyhun Əsgərovla yanaşı, Rafət Əmirova (Rafət Əlibayramski) da qanuni oğru adını verdilər.
Ceyhun Əsgərova inam hədsiz idi. O, çox məclislərə dəvət alırdı. Ulan Toktosunovun (Sakal) “tacqoyma”sında da iştirak etmişdi... 
 
Ceyhun doğma şəhərinə - Gəncəyə qanuni oğru kimi döndü. Lakin bu titulu yarım il əlində saxlaya bildi.
 
İspan həbsxanasından sərbəst buraxılan və Moskvaya qayıdan qanuni oğru Zaxari Kalaşov (Şakro Maladoy) bir neçə “ad”ları ləğv etdi. Ən nüfuzlu oğrular Şakro ilə danışıqlara getdi, onlardan bir neçəsini bərpa etdirə bildilər, yalnız Ceyhundan savayı... 
 
Mənbənin verdiyi məlumata görə, hətta "Lotu Quli" də Ceyhunun “ad”ını saxlatdıra bilmədi. 
 
Zaman keçdi, Ceyhun Əsgərov "anti-Quli" koalisiyasına qoşuldu. Bu addımın hansı zərurətdən doğduğu hələ də çoxlarını düşündürür...
Bu sırada onunla Hacı Beylaqanski, Rafiq Masallinski, Rüfət Gəncinski və digərləri də vardı.
 
Onlar yaxşı anlayırdılar ki, "Lotu Quli"yə qarşı getmək o qədər də asan deyil. Avropanın az qala yarısını nəzarət altında saxlayan Merab Sukumsky və Laşa Şuşanaşvili kimi nüfuzlu ismlər Qulini öz sıralarında görmək istəyirdilər.
 
Belə bu səbəbdən də anti-Quli düşərgəsi Səlifova qarşı getməzdən öncə mövqelərini gücləndirməyə qərar verdilər. Onlar Nadir Səlifov klanına qarşı çıxa biləcək yeganə “Güc”dən dəstək tapdılar. Bu, daha əvvəl Rövşən Canıyevin (Rövşən Lənkəranski) qrupunun bir hissəsi olan sxumi oğruları  idi. Onlar "Lotu Quli" ilə “müharibə”yə başladılar, nəticədə Caniyev, 2016-cı il avqustun 18-də İstanbulda öldürüldü. Təbii ki, bu hadisə ehtimal kimi irəli sürülür.
 
İki cəbhə arasında ziddiyyətlər daha da kəskinləşməkdədir. Rusiya, Azərbaycan, Türkiyə və Avropa ölkələrində Səlifova bağlı iş adamlarına, onların nəzarətində olan istiqamətlərə hücumlar bu gün də davam etməkdədir. "Lotu Quli" tərəfdarları təzyiq altında qalır, həbs edilir, bəzən də döyülürlər. Bəzi hallarda silahlar da işə düşür. 
 
Bu ilin yazında rəqibləri hətta Səlifovun özünə “narazılıq”larını çatdırıb. Mənbənin dediyinə görə, ən pis düşmən olsalar da, internet vasitəsi ilə "Lotu Quli" ilə əlaqə saxlayaraq, onu bir sıra məsələlərin çözülməsi üçün görüşə dəvət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3720
avatar

Oxşar yazılar