Çevik Polis Alayında “Heydər Əliyev irsi və onun tədqiqi” sərgisi
30 aprel 2013 20:46 (UTC +04:00)

Çevik Polis Alayında “Heydər Əliyev irsi və onun tədqiqi” sərgisi

Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev irsi və onun tədqiqi” mövzusunda kitab sərgisi keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgidə daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib.

 

Ramil Usubov sərginin təşkilinin Heydər Əliyev irsinin təbliği baxımından mühüm təşəbbüs olduğunu bildirib və buna görə Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinə təşəkkür edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 682
avatar

Oxşar yazılar