
Çətin həyat şəraiti olan Bakı sakini sığınacağa yerləşdirildi
“1935-ci il təvəllüdlü, I qrup gözdən əlil Fayaz Baxış oğlu Məhərrəmovun yaşayış yeri olmadan Bakı şəhərində çətin həyat şəraiti keçirdiyi barədə yayılan məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq tədbirlər görülüb”.
Bu barədə Lent.az-a nazirliyin mətbuat katibi Fazil Talıbov məlumat verib.
O bildirib ki, həmin ahıl şəxsin bildirdiyinə görə, uzun illər əvvəl övladı ona məxsus evi sataraq, onu biryolluq tərk etdikdən sonra belə çətin duruma düşüb:
“Bir müddət həbs həyatı yaşayıb, sonralar isə müxtəlif məkanlarda qalıb. Bu gün F.Məhərrəmov əməkdaşlarımız tərəfindən nazirliyin Sosial Sığınacağına gətirilib. Burada tibbi müayinədən keçib, stasionar şəraitdə zəruri sosial-məişət xidmətləri ilə təmin edilir. Onu da bildirək ki, F.Məhərrəmov hazırda yaşa görə əmək pensiyası ilə təmin olunur.
Eyni zamanda, əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslərə də cari il aprelin 1-dən Prezidentin aylıq təqaüdünün təyin olunmasına başlanıb.
I qrup gözdən əlil olan F.Məhərrəmovun da həmin aylıq təqaüdlə təmin olunması üçün artıq sənədləşmə işlərinə başlanıb. Həmçinin ötən üç ayın (aprel, may, iyun) ödənilməmiş təqaüdləri də toplam halda ona ödəniləcək”.
Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09