Cəmşid Naxçıvanski adına hərbi liseydə tədbir keçirilib
13 iyun 2014 18:38 (UTC +04:00)

Cəmşid Naxçıvanski adına hərbi liseydə tədbir keçirilib

0

Milli Qurtuluş günü Səbail rayonunda geniş şəkildə qeyd olunmuşdur. Lent.az-ın məlumatına görə, rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Səbail rayon rəhbərliyi, orta təhsil müəssisələrinin şagirdləri, ictimaiyyət nümayəndələri rayonun sıx dostluq və əməkdaşlıq əlaqələri olan Cəmşid Naxçıvanski adına hərbi liseydə olublar. Qonaqlar əvvəlcə Heydər Əliyevin liseydəki büstünü ziyarət edib. general Cəmşid Naxçıvanskinin də büstü də ziyarət olunub.

Liseyin akt zalında keçirilən tədbirdə C.Naxçıvanski adına Hərbi liseyin rəisi, general-mayor Mirzə Almasov qonaqları salamlayıb. O, liseyin fəaliyyəti, məqsədi tanınmış məzunları haqqında danışıb.

Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da bu kimi tədbirlərin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində və onların hərbiçi peşəsinə olan marağının artırılması istiqamətində mühüm rol oynadığını vurğulayıb.

C.Naxçıvanski adına hərbi liseyin kursantı, Səbail rayon sakini Mürvət Camalov liseyə oxumağa gəlməsinin səbəbləri, buradakı təhsili barədə məlumat verib, gələcəkdə Azərbaycan ordusunda ləyaqətlə xidmət edəcəyinə söz verib. Sonra Cəmşid Naxçıvanski adına hərbi lisey barədə brifinqin keçirilmiş, təhsildə fərqlənən bir qrup kursant, qabaqcıl müəllim və zabitlər RİH-nin qiymətli hədiyyələri ilə mükafatlandırılıblar. Sonda populyar incəsənət xadimləri və gənc estrada ulduzlarının iştirakı ilə konsert proqramı təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1476

Oxşar yazılar