Çaylarda sululuq azalıb
28 iyun 2013 15:02 (UTC +04:00)

Çaylarda sululuq azalıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Qurumdan Lent.az-a verilən məlumata görə,  hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-140, Kiçik Qafqaz çaylarında 80-90, Lənkəran-Astara bölgəsi çaylarında 80-250, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətinə gəlincə, iyunun 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 85,0 m3/s olmaqla, ongünlük normanın 21 %-ni təşkil edir.

 

Bu gün Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 127 m3/s olmaqla, ongünlük normanın 77 %-ni təşkil edir.

 

Kür çayının aşağı axınında da suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 8 sm, Bankədə 2 sm, Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma, lakin Surrada 9 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 398

Oxşar yazılar