Bulvarda bir daha uşaqlar üçün pulsuz aksiya olacaq - <span style="color:red;">1 İyun
26 may 2017 15:50 (UTC +04:00)

Bulvarda bir daha uşaqlar üçün pulsuz aksiya olacaq - 1 İyun

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ilə Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadə aksiyası keçiriləcək.

 

Dənizkənarı Bulvar İdarəsindən Lent.az-a verilən məlumata görə, İdarənin Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi aksiyada yaşı 16-ya qədər uşaqlar iyunun 1-də saat 10:00-dan 15:00-dək bulvardakı əyləncə vasitələrindən istifadə edə bilərlər. 

Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavliyonu, “Qorxulu Ev”, “Pirat”, ”Möcüzələr dünyası”, “Qüllə” attraksionları, “Şəfəq” və “Mirvari” gəzinti gəmiləri azyaşlılara ödənişsız xidmət göstərəcək. 


Aksiyanın yüksək səviyyədə təşkili üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 302
avatar

Fərizə Əhmədova

Oxşar yazılar