Bu yazını oxuyan kimi güzgüyə baxacaqsınız
10 mart 2015 11:05 (UTC +04:00)

Bu yazını oxuyan kimi güzgüyə baxacaqsınız

 

 

Müxtəlif sinir xəstəlikləri, travma, zamanla boyun yırtığına, baş ağrılarına və korluğa səbəb olur. Ya da başqa cür desək, göz qapağının düşük olması bu narahatlıqlara yol açır.

 

Sağlam göz qapağı göz bəbəyini ən az 1 millimetrə qədər örtür. Bu, normaldır. Anormal olan bu nisbətin keçməsidir. Bu hal isə tibbdə “göz qapağı düşüklüyü” adlandırılır. Üst göz qapağı göz bəbəyini 2-3 millimetrə qədər örtürsə, azca düşük, 3-5 millimetrə qədər örtürsə, ağır göz qapağı düşüklüyüdür. Əgər göz qapağı düşüklüyü anadan gəlmədir və müalicə edilməyibsə, insan körpəlik və uşaqlıq dövründə korluq riski daşıyır.

 

Yeniyetməlik dövründən başlayaraq baş, boyun pozulmaları ilə bağlı boyun yırtığı yaşanır. İnsan ətrafını görməkdə çətinlik çəkir, ətrafındakılara tez-tez dəyə bilər. Bir sözlə, psixoloji travma yaşayır. Göz qapaqlarını yuxarıda tutmaq üçün özünü məcbur edən xəstədə isə tez-tez baş ağrıları olur. Üz ifadəsi neqativ dəyişir və qırışlar, mimikalar yaranır.

 

“Göz qapağı düşüklüyü” probleminin həlli əməliyyatdır. Xəstə əməliyyat zamanı ağrı, acı hiss etməz və əməliyyatdan sonra sağlam, gümrah həyatına davam edə bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 171
avatar

Oxşar yazılar