Bu tələbələr pulsuz müayinə olunacaq
Azərbaycan Tibb Universitetinin (ATU) Elmi Şurasının növbəti iclasında tələbələrlə bağlı mühüm qərar verilib.
Lent.az e-tibb.az-a istinadla xəbər verir ki, bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib.
Şura üzvlərinin yekdilliklə səs verdiyi qərara əsasən, universitetdə təhsil alan tələbələrin ATU-nun klinikalarında ödənişsiz müayinə olunacaqlar.
Bu qərar tələbələrin sosial rifah halının daha da yaxşılaşmasına, onların xərclərinə qənaət etməsinə kömək edəcək. Eyni zamanda, tələbələrin ATU klinikalarında müayinəsi həm də səhhəti ilə bağlı problemi olan tələbələrə dərhal tibbi yardım göstərilməsinə, onların problemlərinə daha operativ müdaxilə olunmasına kömək edəcək.
704